Nazir koronavirusdan ölənlərin sayını açıqladı
Bizi izləyin

Region

Nazir koronavirusdan ölənlərin sayını açıqladı

Türkiyədə son sutka ərzində 1248 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 22 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4927, yoluxanlar isə 186 min 493 nəfərə çatıb.

Türkiyədə indiyədək 158 min 828 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm