Dəhşətli ZƏLZƏLƏ 9 rayonu dağıdacaq - 465 min insan öləcək
Bizi izləyin

Region

Dəhşətli ZƏLZƏLƏ 9 rayonu dağıdacaq - 465 min insan öləcək

Türkiyənin ən böyük meqapolisi olan İstanbulda gözlənilən 7,5 bal gücündəki zəlzələyə dair simulyasiyalar yaradılıb.

Publika.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən hazırlanan və 9 rayonda yaşanacaq zərərləri ortaya qoyan “İstanbul Potensial Zəlzələ İtkisi Ehtimallarını Yeniləmə Layihəsi Kitabçası”nda bütün detallara yer verilib.

Ehtimallara görə, İstanbulun 9 rayonu risk daşıyır. Bu qrupa Avcılar, Fatih, Zeytinburnu, Esenler, Küçükçekmece, Tuzla ve Beylikdüzü daxildir. Mütəxəssislərin ehtimallarına görə, sadəcə Avcılarda 34 min 935 ev üçün təcili təxliyə düşərgəsi lazım olacaq. Fatihdəki binalarınm 72%-i isə zərər görəcək.

Çınarcık sahillərindən Silivriyə doğru uzanan seysmik xətdə gecə saatlarında 7,5 bal gücündə zəlzələ meydana gələrsə, Avcılarda 465 min insan həlak olacaq, 1 385-dən çox insan xəstəxanalara yerləşdirilmək məcburiyyətində olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm