Region
Afinanın gizli sazişi və Ərdoğanın təlimatı – Aralıq dənizində qarşıdurmanın PƏRDƏARXASI/VİDEO
Türkiyənin “Oruc Rəis” araşdırma gəmisinin Aralıq dənizində fəaliyyətə başlaması ilə gərginləşən Ankara-Afina münasibətlərinin pərdəarxası məlum olub.
Publika.az xəbər verir ki, Almaniyanın vasitəçiliyi ilə təxminən iki ay öncə Türkiyə və Yunanıstan arasında danışıqlar başlanıb. Lakin Türkiyənin danışıqları dayandırması və hərəkətə keçməsi suallar yaratdı.
“Milliyet” qəzeti Ankara-Afina müzakirələrinin və Türkiyənin danışıqlardan çəkilməsinin detallarını əldə edib.
Qəzet yazır ki, iki ölkə 2,5 ay öncə Almaniyanın vasitəçiliyi ilə danışıqlara başlayıb: “Bu danışıqlarda Türkiyəni prezidentin sözçüsü İbrahim Kalın təmsil edirdi. Xarici işlər naziri və hərbi rəsmilər də danışıqlarda iştirak edirdilər. Heyətlər əvvəlcə Afinada, ardınca da İstanbulda görüşməklə bağlı razılığa gəldilər, lakin Ayasofyanın ibadətə açılmasından sonra yunan tərəfi “bu məsələ olduğu dövrdə Afinada görüşmək doğru olmaz” deyə bildirib. Yunan heyəti İstanbula dəvət olunanda da bildiriblər ki, “orada da görüşmək mümkün deyil”. Daha sonra tərəfsiz bölgə olaraq Berlində görüşməyə qərar verilib”.
Qəzet qeyd edir ki, nümayəndə heyətləri ötən həftə üç istiqamətdə razılıq əldə edib.
“Türkiyə və Yunanıstan Şərqi Aralıq böhranının bitməsi üçün “qarşılıqlı məsləhətləşmələrə başlayır”, “siyasi müzakirələr sürətlənir” və “hərbiçilər arasında etimadın artırılması üçün görüşlər keçirilir”. Avqustun 7-də tərəflər niyyət bəyannaməsi açıqlamağa hazırlaşırdılar. Yunanıstan bu bəyannamənin açıqlanmasına saatlar qalanda – avqustun 6-da Misirlə Şərqi Aralıq dənizində birgə hərəkət etməklə bağlı saziş imzaladı. Türkiyə ilə 2,5 aylıq görüşlər zamanı yunan tərəfi Misirlə saziş üzərində iş aparıldığını bildirməmişdi. Bu fakt ortaya çıxan kimi Türkiyə tərəfi “Bu addımı qəbul etmirik, bir daha olmayacağına dair söz verilməsini istəyirik” mesajını verdilər. Yunanıstan tərəfi bildirdi ki, “bunun Türkiyə ilə müzakirələrə aidiyyəti yoxdur”. Yunanıstanın bu mövqeyi Prezident Ərdoğana məruzə olundu. Ərdoğan da “müzakirələri dayandırın” təlimatını verib. Vasitəçi olan Almaniya, eləcə də NATO rəsmiləri yunanların Misirlə anlaşmasından xəbərdar olmadıqlarını iddia edərək, Türkiyənin müzakirələrdən çəkilməməsini istəyib. Ankara da “bunu bizimlə deyil, Yunanıstanla müzakirə edin” cavabını verib. Qeyd olunub ki, Türkiyə indiyə qədər Merkelin xahişinə görə “Oruc Rəis” gəmisini bölgəyə göndərməyib, amma Yunanıstanın belə bir mövqeyi qəbuledilməzdir. Bu proseslərdən sonra Türkiyə “Oruc Rəis”i bölgəyə göndərdi. Almaniya kansleri Angela Merkel Ərdoğanla telefonda müzakirə aparmağı istəyir. Bu gün, ya da sabah bu görüş baş tutacaq”, - “Milliyet” yazır.
Asif
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO