Ankaradan İrəvana DAHA BİR ZƏRBƏ: "Humanitar" yüklər yolda qaldı
Bizi izləyin

Region

Ankaradan İrəvana DAHA BİR ZƏRBƏ: "Humanitar" yüklər yolda qaldı

Türkiyə, öz hava məkanından ABŞ-dan Ermənistana "Qarabağ münaqişəsindən zərərçəkənlər" üçün nəzərdə tutulan humanitar yardım təyyarəsini buraxmaqdan imtina edib.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu iddianı çərşənbə günü Ermənistan Baş Nazirliyi Aparatının Diaspor məsələləri üzrə səlahiyyətli nümayəndəsi Zare Sinanyan səsləndirib.

"Hazırda 100 ton humanitar yardım Ermənistana göndərilməyə hazırdır, lakin Türkiyə hava sahəsindən hətta humanitar yardımın çatdırılmasını qadağan edib, nəticədə uçuş təxirə salınıb", - deyə Sinanyan brifinq zamanı bildirib.

Onun sözlərinə görə, artıq Ermənistana müxtəlif ölkələrdən - Rusiya Federasiyasından, ABŞ-dan, Fransadan, digər Avropa dövlətlərindən, Gürcüstanın ermənilərin sıx yaşadığı Cavaxk bölgəsindən təqribən 700 ton humanitar yardım çatdırılıb. Sinanyan əlavə edib ki, Rusiya, ABŞ və Avropa ölkələrindən yaralılara kömək üçün həkimlər gəlirlər.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan rəsmiləri Ermənistana mülki təyyarələrlə "humanitar yardım" adı altında silah-sursat daşındığı barədə kəşfiyyat məlumatlarını açıqlayıblar.

Türkiyənin öz hava məkanını Ermənistana "humanitar yük" adı altında silah-sursat daşımasının qarşısını almaq üçün bağlaya biləcəyi ehtimal edilir. Türkiyə hələlik bu barədə hər hansı açıqlama verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm