• USD 1,7000 0,00% EUR 2,0271 -0,00%
    • GBP 2,2728 -0,14% RUB 0,0225 0,00%

Düşmənin QORXULU YUXUSU: Türk PUA-larını dənizdə onlar əvəzləyəcək - VİDEO

  • Region
  • 30 Oktyabr 2020 21:54
  • 3 849 Baxış
Düşmənin QORXULU YUXUSU: Türk PUA-larını dənizdə onlar əvəzləyəcək - VİDEO

Türkiyənin Ares Gəmiqayırma Zavodu və Meteksan Müdafiə Sənayesi Şirkəti tərəfindən hazırlanan ilk Silahlı İnsansız Dəniz Aparatı (SİDA) xidmət göstərməyə hazırdır.

Publika.az NTV-yə istinadla xəbər verir ki, ULAQ seriyasından olan ilk belə məhsul 400 kilometrlik müşahidə mənzilinə, saatda 65 kilometr sürətə, gündüz/gecə görmə qabiliyyətinə sahib olmaqla yanaşı, milli şifrəli rabitə infrastrukturu və milli raket və kəşfiyyat sistemləri ilə də təchiz edilib. Bundan başqa, sözügedən aparatlar pilotlu və pilotsuz təyyarələrlə birgə əməliyyatlar həyata keçirməyə də qadirdir.

SİDA-lar uzaqdan idarə olunan pilotsuz dəniz vasitəsi olmaqla yanaşı, süni intellekt və avtonom hərəkət xüsusiyyətləri ilə üstün və qabaqcıl texnologiya ilə təchiz edilib.

Qeyd edək ki, artıq bu ilin dekabr ayından SİDA-lardan istifadə etmək mümkün olacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR