Azərbaycana qoyulan qadağaya Kremldən RƏSMİ REAKSİYA
Bizi izləyin

Region

Azərbaycana qoyulan qadağaya Kremldən RƏSMİ REAKSİYA

Azərbaycan və Ermənistandan meyvə və tərəvəz idxalının qadağan edilməsi Kremlin deyil, ixtisaslaşmış şöbənin səlahiyyətinə daxildir.

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müvafiq şöbənin bu cür qərarları Kremllə əlaqələndirilməməlidir: “Təbii ki, bunların hamısı Nazirlər Kabineti ilə əməkdaşlıq çərçivəsində edilir və bu qərarların verildiyi açıq meyarlar mövcuddur. Bilirsiniz ki, bu qərarlar viruslarla əlaqəlidir və pandemiyada, əlbəttə ki, buna xüsusi diqqət yetirilir”.

Qeyd edək ki, 10 dekabrdan etibarən Azərbaycandan,14 dekabrdan etibarən Ermənistandan Rusiyaya alma, pomidor və bibər idxalı qadağandır. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) onlarda zərərli maddələr və Pepino mozaik virusu aşkarlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm