Türkiyədən VACİB QƏRAR: Bu sosial media hesabları bağlanır
Bizi izləyin

Region

Türkiyədən VACİB QƏRAR: Bu sosial media hesabları bağlanır

Türkiyənin hakim Ədalət və İnşaf Partiyası (AK Parti) TBMM-ə yeni təkliflər verib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, təklifə əsasən Türkiyədə terror təşkilatlarına qarşı mübarizədə daha bir vacib addım atılacaq.

* Terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq üçün dünya ilə koordinasiya edilərək struktur tənzimləmələr ediləcək. Terror təşkilatlarına maliyyə dəstəyi verənlərin aktivləri qısa müddətdə dondurulacaq.

* Terror təşkilatlarının sosial media hesabları bağlanacaq və bu proses sürətlənəcək.

AKP Qrup Başçı Mehmet Muş bildirib ki, bu qərar 48 saat ərzində məhkəməyə təqdim ediləcək və bundan sonra məhkəmə 5 gün ərzində qərar verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm