İran sualtı raketini işə saldı - Ən təhlükəlisi...
Bizi izləyin

Region

İran sualtı raketini işə saldı - Ən təhlükəlisi...

İran yerli istehsal olan ən təhlükəli “Fateh” sualtı gəmisi torpedolarını sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bu barədə IRNA dövlət xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, gəmilər şərti hədəfi uğurla vurub.

İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Həmzə Əli Kaviani bildirib ki, sınaqlar İran Hərbi Dəniz Qüvvələrinin “Dəniz qüvvələri 99” kod adı ilə Hind okeanının şimalında keçirilən təlim zamanı baş tutub.

Təlim manevrlərində Dəniz Qüvvələrinin qurudan-quruya qanadlı raketləri, sualtı qayıqları da sınaqdan keçirilib.

Təlimlər İran Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin sahilə və dəniz platformalarına enməsini, pilotsuz təyyarələrdən və elektron müharibə texnikasından istifadə edərək döyüş əməliyyatlarına qatılmasını ehtiva edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm