Nazirlərdən azərbaycanlı mühəndisin öldürüldüyü hadisə ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Region

Nazirlərdən azərbaycanlı mühəndisin öldürüldüyü hadisə ilə bağlı AÇIQLAMA

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 22-də Qvineya körfəzində dəniz quldurları tərəfindən qaçırılan gəmi ilə bağlı açıqlama verib.

Publika.az-ın məlumatına görə, M.Çavuşoğlu dəniz quldurlarının gəmidəki heyətlə bağlı hələ ki heç kimlə əlaqə saxlamadığını bildirib.

“Boden Dənizçilik” şirkətinin baş katibi Levent Karsan Nigeriya sahillərində hücuma məruz qalan gəminin Türkiyəyə məxsus olmadığını və Türkiyə bayrağı altında üzmədiyini açıqlayıb.

Karsan gəmidə öldürülən ikinci mühəndis Fərman İsmayılovun nəşinin Türkiyə Hava Yollarının təyyarəsi ilə əvvəlcə Türkiyəyə, daha sonra Azərbaycana göndəriləcəyini söyləyib.

Qeyd edək ki, qaçırılan 15 nəfərlik gəmi heyətinin hamısı Türkiyə vətəndaşıdır.

Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu məsələ ilə bağlı açıqlamasında heyətin xilası ilə bağlı fəaliyyətlərinin davam etdiyini bildirib: “Məsələ ilk saatlardan etibarən diqqətimizdədir. Ən qısa müddətdə bu quldurların əllərindən vətəndaşlarımızı xilas edəcəyik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm