
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “SpaceX” şirkətinin banisi və baş direktoru İlon Maskla telefonda danışıb.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, danışıqlar zamanı müxtəlif sahələrdə, o cümlədən Türkiyədəki dövlət və özəl sektora aid şirkət və müəssisələrlə kosmik texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.