Türkiyə əhalisinin sayı 83.6 milyon nəfərə çatdı
Bizi izləyin

Region

Türkiyə əhalisinin sayı 83.6 milyon nəfərə çatdı

Türkiyə əhalisinin sayı artaraq 83.6 milyon nəfərə çatıb.

Publika.az "Yeni Şafak"a istinadla xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu (TürkStat) məlumat yayıb.

Qurumun bu gün dərc etdiyi hesabata əsasən, 2020-ci il ərzində Türkiyə əhalisi 0,55%, yəni 459 365 nəfər artaraq 83.6 milyon nəfərə çatıb.

Əhalinin 41 915 985 nəfərini kişilər, 41 698 377 nəfərini isə qadınlar təşkil edir.

Faiz nisbətilə ifadə edildikdə, ölkə əhalisinin 50,1%-i kişilərdən, 49,9%-i isə qadınlardan ibarətdir.

Qeyd edək ki, hesabatda ölkədə yaşayan 3 milyona yaxın suriyalı qaçqının ümumi əhali sayına əlavə olunması məsələsi dəqiqləşdirilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm