Region
İran nüvə proqramı ilə bağlı "son söz"ünü dedi - FOTO
İranın Ali lideri Əli Xamenei bəyan edib ki, ABŞ və Avropa ölkələri nüvə proqramı ilə bağlı İran qarşısında şərt qoya bilməz.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə İran Ali dini lideri özünün “Twitter” səhifəsində yazıb.
“Nüvə proqramı məsələsində şərt irəli sürmək hüququ olan tərəf İrandır. Belə ki, yalnız İran sazişin bütün tələblərinə əməl edib. ABŞ və üç Avropa ölkəsi (Britaniya, Fransa və Almaniya – red.) isə bütün öhdəliklərini pozub”, - deyə Xamenei bildirib.
Ali rəhbər həmçinin qeyd edib ki, ABŞ sözdə deyil, əməldə sanksiyaları aradan qaldırdıqdan sonra İran nüvə sazişinə geri dönəcək.
Qeyd edək ki, Xameneinin bəyanatı sosial şəbəkədə “son söz” heşteqi ilə paylaşılıb.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ rəsmiləri nüvə proqramı ilə əlaqədar ilk addımın İran tərəfindən atılmasının vacibliyini bəyan ediblər.
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO