Soyludan SƏRT AÇIQLAMA: Onu min parçaya bölməsək...
Bizi izləyin

Region

Soyludan SƏRT AÇIQLAMA: Onu min parçaya bölməsək...

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Qarada vəhşicəsinə öldürülən 13 türk vətəndaşından 10-nun şəxsiyyətinin müəyyənləşdirilməsindən sonra sosial media hesabında sərt sözlər yazıb.

Publika.az xəbər verir ki, 13 nəfərin alçaqcasına şəhid edildiyini vurğulayan Soylu bu xəyanətdən sonra PKK-ya bəraət qazandırmağa çalışanların hələ də olduğunu vurğulayıb.

"Murad Qarailanı tutub min parçaya bölməsək, bu millət və şəhidlərimiz bizi bağışlamasın. PKK ilə eyni açıqlamalar verməkdən utanmayan, eyni yalanları iddia edən yüksək vəzifəli şəxslər var. Övladlarımıza və onların ailələrinə yaşatdıqları hər şeyin hesabı soruldu, bundan sonra da qisasları alınacaq", - S.Soylu əlavə edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm