Bakı və Ankaranın birgə hərəkəti Bayden iqtidarını düşünməyə məcbur edir - Araşdırmaçı yazar
Bizi izləyin

Region

Bakı və Ankaranın birgə hərəkəti Bayden iqtidarını düşünməyə məcbur edir - Araşdırmaçı yazar

"Bu gün artıq Türkiyənin regionda artan gücünü görmək üçün çox da üstün zəkaya sahib olmağa ehtiyac yoxdur. Bütün beynəlxalq və regional lahiyələr Türkiyənin razılığı olmadan demək olar ki, həyata keçirilmir. Hər nə qədər hal - hazırda Tramp dönəmindən qalma problemlərdən dolayı iki ölkə arasındakı münasibətlər müəyyən qədər soyuq olsa da, yeni dönəm üçün Türkiyə - ABŞ münasibətlərindəki buzları qırmağa hər iki ölkənin hazır olduğu açıq şəkildə görünür. Xüsusən ABŞ özünün regiondakı ciddi mütəffiqini itirmək istəmir və onun gələcəkdə rəqibə çevrilməsi rəsmi Vaşinqton üçün gələcəkdə baş ağrısı yarada bilər. Xüsusən keçmiş Sovetlər Birliyindəki Türk ölkələrinə açar statusunda olan iki ölkənin - Azərbaycan və Türkiyənin son dönəmlərdə intensivləşən birgə hərəkət strategiyası Bayden iqtidarını ciddi mənada düşünməyə və mövcud şəraitə uygun addım atmağa sövq edir".

Bu barədə Publika.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı yazar Dr. Derya Akdemir deyir.

Onun sözlərinə görə, müxtəlif dövrlərdə Türkiyə - ABŞ araasındakı ikili münasibətlər zaman - zaman çıxmaza girsə də, ənənəvi əməkdaşlıq, ABŞ-ın Türkiyəni özünün NATO-dakı əzəli və əbədi mütəffiqi kimi görməsi, Türkiyənin regionda artan önəminə verilən xüsusi önəm, regionda maraqları olan digər qüvvələrin, xüsusən də Rusiya və İranın ərazidə gücsüzləşdirilməsi, etibarsızlaşıdrılması baxımından aparılan mübarizədə birgə hərəkətin vacibliyi kimi faktorlar rəsmi Ankaranın və Vaşinqtonun birgə faəliyyətini məcburi qılan amillərdəndir.

Araşdırmaçı yazar bəzi ekspertlərin birgə fəaliyyətlə bağlı ümidsiz fikirlər səsləndirmələrinə baxmayaraq, iki ölkənin regionda sabitliyin və inkişaf perspektivlərinin davamlılığı baxımından birgə hərəkət edəcəklərindən əmin olduğunu vurğulayıb: "Türkiyənin sərbəs xarici siyasət yeritmədəki qərarlığı, regionda Rusiya - Çin - İran üçbucağı ilə bağlı haqlı olaraq narahatlıq keçirməsi, xüsusən bu üçbucağın Türk respublikalarına bu və ya digər şəkildə artan təsirləri istər istəməz rəsmi Ankaranı və Vaşinqtonu bir arada hərəkətə sövq edir. Üstəlik, dünyanın postpandemiya dövründə yeni sənaye inqilabının eşiyində olduğunu da nəzərə alsaq, Türkiyənin regionda aktiv aktor olaraq mövcudluğu Bayden iqtidarının regionla bağlı narahatlıq keçirməməsinə səbəb olacaq. Çünki, NATO tərəfdaşı kimi regionda mövcud olan Türkiyə öz maraqları ilə yanaşı, həm də ABŞ - ın maraqlarını da qoruyacaq. Bunun üçün də ikili münasibətlərin düzəlməsi vacibdir. ABŞ Xarici işlər nazirliyinin Qarada şəhid olan Türk vətəndaşlarına görə rəsmi Ankaraya başsağlığı verməsinin özü belə ikili münasibətlərdəki buzların əriməsi baxımından atılan bir addımdır. Əminəm ki, bundan sonra da iki münasibətlər artan dinamika ilə davam edəcəkdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm