Region
Səmərqənddə Türkiyənin baş konsulluğu AÇILDI
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanda səfərdədir.
Publika.az xəbər verir ki, o, ilk olaraq Urgənc şəhərinə gəlib.
Hava limanında Türkiyənin xarici işlər nazirini Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov və digər rəsmi şəxslər qarşılayıb.
Mövlud Çavuşoğlu Urgənc və qədim Xivə şəhərlərinin görməli yerləri ilə tanış olub.
Sonra Mövlud Çavuşoğlu qədim Səmərqənd şəhərində gələrək Türkiyənin Baş Konsulluğunun açılış mərasiminə qatılıb.
Tədbirdə Özbəkistan Baş nazirinin müavini, Turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov və digər şəxslər iştirak edib.
Mövlud Çavuşoğlu öz çıxışında bildirib ki, Özbəkistan müstəqillik əldə edən zaman bu ölkəni ilk tanıyan və ilk səfirlik açan Türkiyə olub:
“Qədim Səmərqənd şəhərində bu gün açılan Baş konsulluğumuz da bizim üçün çox önəmlidir. Baş konsulluq burada yaşayan vətəndaşlarımıza və özbək qardaşlarımıza xidmət edəcək, ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə təkan olacaq”.
Türkiyənin xarici işlər nazirinin Daşkənddə bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulub.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi