Puşkovdan Baydenə XƏBƏRDARLIQ: Əgər bunu etsəniz...
Bizi izləyin

Region

Puşkovdan Baydenə XƏBƏRDARLIQ: Əgər bunu etsəniz...

Rusiya Federasiyası Şurasının adı qeyd edilməyən üzvlərindən birinin dediyinə görə, Moskva ilə Vaşinqton arasındakı münasibətlər tarixində həm uğurlu, həm də bitərəf, hətta uğursuz zirvələr olub. O, 1961-ci ildə Vyanada Xruşşov və Kennedi arasında aparılan danışıqları uğursuz adlandırıb və bunun "Kuba raket böhranı" ilə nəticələndiyini qeyd edib. Hər iki lider bir-birindən narazı qalıb və nəticədə ortaq bir dil tapa bilməyiblər.

Publika.az xəbər verir ki, Bayden Putinə qarşı açıq şəkildə antipatiya göstərməsə də, Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov ABŞ liderini əvvəlcədən xəbərdar edib.

Buna səbəb isə, ABŞ Prezidenti Co Bayden Vladimir ​​Putinlə görüşündə ona "dərs keçəcəyini" və Rusiya Prezidenti ilə güclü mövqedən danışmağa çalışacağını etiraf etməsi olub.

A.Puşkov "Kuba raket böhranı"nın yeni versiyasından yayınmaq üçün ABŞ rəhbərini bu cür hərəkətlərə qarşı xəbərdar edib: "Bayden nəsə etməyə çalışsa belə, heç bir nəticə çıxmayacaq, Putin təzyiqlərə təslim olmayacaq. Barak Obamanın 2013-cü ildə "Lough Ern"də son G8 zirvə görüşündə Suriya ilə bağlı Putinə təzyiq göstərmək cəhdini xatırlayın. Bayden də cəhd edərsə, uğursuzluqla nəticələnəcək", - senator qeyd edib.

Co Bayden Putinlə telefon danışığında qarşıdakı həftələrdə neytral ərazidə üz-üzə görüş keçirməyi təklif edib. ABŞ Prezidenti Krımda və Ukrayna ilə sərhəddə Rusiya ordusunun güclənməsindən narahatlığını ifadə edərək, ABŞ-ın bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə dair sarsılmaz öhdəliyini vurğulayıb. İki gün sonra isə Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar tətbiq olunduğunu və 10 rus diplomatının ölkədən çıxarılacağını elan edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm