Fuad Oktay ABŞ-a səsləndi: "Həqiqətləri görmək istəyənlərə arxivimiz açıqdır"
Bizi izləyin

Region

Fuad Oktay ABŞ-a səsləndi: "Həqiqətləri görmək istəyənlərə arxivimiz açıqdır"

"Siyasi hesab uğruna tarixin təhrif edilməsinin bir nümunəsi olan Baydenin 1915-ci il hadisələrinə dair qiymətləndirməsini rədd edirik”.

Publika.az "Haber Global"a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay deyib.

“Ermənilər tərəfindən qurulmuş əsassız iddialara söykənən və erməni üsyançılar tərəfindən qətlə yetirilən türklərin əzablarını, ağrılarını gözardı edən bu açıqlamanın millətimiz və tarix qarşısında heç bir dəyəri yoxdur. Həqiqətləri görmək istəyənlərə arxivimiz açıqdır”, - deyə F.Oktay bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm