Türkiyədə daha 283 nəfər virusdan VƏFAT ETDİ
Bizi izləyin

Region

Türkiyədə daha 283 nəfər virusdan VƏFAT ETDİ

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 283 nəfər həyatını itirib.

Publika.az xəbər yayıb ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat paylaşıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 197 468 nəfər test edilib, onlardan 15 191-nin koronavirus testi pozitiv nəticə verib, 25 694 nəfər sağalıb, 2 102 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 43 029 nəfər ölüb.

Türkiyədə indiyədək 5 031 332 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 716 918 nəfəri müalicə olunaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm