İranda ard-arda iki GÜCLÜ ZƏLZƏLƏ
Bizi izləyin

Region

İranda ard-arda iki GÜCLÜ ZƏLZƏLƏ

İranda yerli vaxtla iki dəfə - 03:34, 05:24 radələrində 5.5 və 5.4 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təkanlar Xorasan əyalətinin Cacerm qəsəbəsində, 6-10 kilometr yerin dərinliyində qeydə alınıb.

İlkin məlumatlara görə hadisə nəticəsində binalar zədələnib. Xoşbəxtlikdən insan tələfatı olmayıb.

Təbii fəlakətdən sonra əraziyə axtarma və yardım dəstələri cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm