"Bayraktar TB2" Avropanın "ULDUZU"NA ÇEVRİLİR: Daha bir ölkənin elçiləri qapıda... - FOTO
Bizi izləyin

Region

"Bayraktar TB2" Avropanın "ULDUZU"NA ÇEVRİLİR: Daha bir ölkənin elçiləri qapıda... - FOTO

Daha bir Avropa ölkəsi Türkiyənin "Baykar" şirkətinin istehsalı olan "Bayraktar TB2" silahlı insansız uçuş aparatları üçün talib çıxıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Latviyanın Müdafiə naziri Artis Pabriks ölkəsinin Türkiyədən "Bayraktar TB2" alacağına işarə edib.

Nazir, "Twitter" istifadəçisinin "SİHA-lar Latviyaya nə vaxt gətiriləcək" sualına "İnşallah tezliklə" cavabını verib.

Bildirək ki, Azərbaycan zəfər qazandığı 44 günlük Vətən müharibəsi zamanı "Bayraktar TB2"lərdən aktiv şəkildə istifadə edərək düşmənin əsas strateji obyektlərini dəqiq zərbələrlə məhv edib. Bundan sonra bir çox ölkələr bu silahla maraqlanmağa başlayıblar.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm