Buşəhr Atom Elektrik Stansiyasında qəza baş verdi
Bizi izləyin

Region

Buşəhr Atom Elektrik Stansiyasında qəza baş verdi

İranın cənubundakı Buşəhr Atom Elektrik Stansiyasında təcili elektrik kəsilməsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Press" TV məlumat yayıb.

Telekanalın məlumatına görə, üç gün əvvəl Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırılıb. Bu da 1000 meqavatt həcmində elektrik enerjisi istehsalının çatışmazlığına səbəb olub.

Texniki nasazlığın aradan qaldırılması bir neçə gün çəkəcək və bu müddət ərzində AES-in istismarı dayandırılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın “AtomStroyExport” şirkəti mayın 23-dən Buşəhr AES-in gücünün 75%-dən 100%-ə çatdırılacağını açıqlayıb. Stansiyanın təkmilləşdirilməsi üçün 1995-ci ildə İranla Rusiya arasında təxminən 1 milyard dollar məbləğində müqavilə imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm