Türkiyədə 5,2 bal gücündə zəlzələ - Əhali təşviş içindədir
Bizi izləyin

Region

Türkiyədə 5,2 bal gücündə zəlzələ - Əhali təşviş içindədir

İyunun 25-də Türkiyə vaxtı ilə saat 21.28-də (Bakı vaxtı ilə saat 22:28) Bingöl vilayətinin Kiğı rayonunda baş verən zəlzələ dağıntı və fəlakət yaratmayıb.

Publika.az xəbər verir ki, hələlik sözügedən yeraltı təkanın təsiri belə qiymətləndirilir. Buna baxmayaraq, əhali zəlzələni böyük həyəcanla qarşılayıb. Mütəxəssislər hesab edirlər ki, mərkəz Anadolu faylı sayılan bu xətdə daha güclü yeraltı təkan gözlənilmir.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, 5,2 bal gücündə qiymətləndirilən yeraltı təkan ətraf vilayətlərdə də hiss olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm