Türkiyə üçün TARİXİ GÜN: Ərdoğan yeni səhifənin açıldığını ELAN ETDİ
Bizi izləyin

Region

Türkiyə üçün TARİXİ GÜN: Ərdoğan yeni səhifənin açıldığını ELAN ETDİ

"Bu gün Türkiyənin inkişaf tarixində yeni bir səhifə açdıq"

Publika.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan “Kanal İstanbul” layihəsində inşa olunacaq Sazlıdərə su anbarı üzərində salınacaq körpünün təməlqoyma mərasimində çıxış edərkən deyib.

Boğazın dünyanın ən sıx gəmi hərəkətindən birinə sahib olduğunu söyləyən Ərdoğan 1930-cu illərdə ildə orta hesabla 3 min gəminin keçdiyini, bu gün bunun 45 minə çıxdığını söyləyib:

""Neftdən orqanik məhsullara qədər çox sayda yük daşıyan gəmilər qəzaya uğrayırsa, dənizlərimizdəki təbii həyat da böyük təhlükə altında qalır. "Kanal İstanbul" layihəsi ilə İstanbul boğazı və ətrafındakı vətəndaşların can və mal təhlükəsizliyini təmin etməyi hədəfləyirik.

Prezident bu layihəyə İstanbulun gələcəyini təhlükələrdən xilas etmə layihəsi kimi baxdığını deyib. O bildirib ki, kanalın uzunluğu 45 kilometr, dərinliyi 21 metr, dib eni 275 olmaqla, böyük gəmilərin də keçidi üçün ən əlverişli şərait yaradılmış olacaq.

Dövlət başçısı 6 körpüdən ibarət olan layihənin 15 milyard dollarlıq maliyyətlə, 6 il ərzində başa çatdırılacağının planlaşdırıldığını deyib və bu layihənin ölkənin iqtisadiyyatına güclü dəstək verəcəyini bildirib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm