Türkiyə ordusu daha bir ŞƏHİD VERDİ
Bizi izləyin

Region

Türkiyə ordusu daha bir ŞƏHİD VERDİ

Türkiyə ordusu İraqın şimalında daha bir şəhid verib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hakurk bölgəsində "Pençe Kaplan" əməliyyatının aparıldığı əraziyə PKK terrorçuları tərəfindən atəş açılıb. Nəticədə Türkiyə ordusunun əsgəri şəhid olub.

"Bizləri dərin acı və üzüntüyə boğan bu olayda həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə, nəcib millətimizə başsağlığı verir və səbr diləyirik", - nazirliyin yaydığı məlumatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm