Türkiyədən ACI XƏBƏR: İki əsgər şəhid oldu, biri yaralandı
Bizi izləyin

Region

Türkiyədən ACI XƏBƏR: İki əsgər şəhid oldu, biri yaralandı

Türkiyə ordusu İraqın şimalında daha iki şəhid verib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Pençe" əməliyyatının aparıldığı ərazidə axtarış zamanı PKK terrorçuları ilə qarşıdurma olub. Baş verən atışma zamanı Türkiyə ordusunun iki əsgəri şəhid olub, biri yaralanıb.

Yaralı əsgərin xəstəxanada müalicəsi davam edir.

Əks həmlə zamanı bir terrorçu məhv edilib.

Allah şəhidlərə rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm