Region
SEVİNDİRİCİ XƏBƏR: Türkiyənin bu rayonunda meşə yanğını söndürüldü
Muğla vilayətinin Bodrum kurort rayonu ərazisində baş vermiş meşə yanğını söndürülüb. Təxliyə edilən bütün turistlər öz mehmanxanalarına qayıdıblar.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Əhməd Aras bildirib.
"İndi Bodrumda yanğınlar yoxdur, yanğınların hamısı söndürülüb, mehmanxanalarla bağlı heç bir problem yoxdur. Amma bizim çox gözəl meşəmizin böyük ərazisi yandı”, - o deyib.
Aras həmçinin əlavə edib ki, bundan sonra Güvercinlikdə də yanğın söndürülüb, turistlər mehmanxanalara qayıtmağa başlayıblar. Kurort hakimiyyəti Bodrumda dincələn üç ölkənin - Rusiya, Ukrayna, Almaniyanın konsulluqları ilə daimi əlaqədədir.
Məmur qeyd edib ki, Bodrumda yanğın zamanı heç kim zərər çəkməyib.
Onun sözlərinə görə, qonşu Marmarisdə yanğın hələ davam edir. Dünən Manaqvat əyalətinin ardınca Antalyada - Bodrumda, həmçinin Adanada, Kayseridə və Mersində meşə yanğınları başlayıb.
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi












.jpg)


.jpg)
























