Türkiyədə SEL FƏLAKƏTİ: Ölənlərin sayı 72-yə çatdı - YENİLƏNDİ
Bizi izləyin

Region

Türkiyədə SEL FƏLAKƏTİ: Ölənlərin sayı 72-yə çatdı - YENİLƏNDİ

Türkiyədə sel nəticəsində ölənlərin sayı 72 nəfər çatıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

"Kastamonuda 60, Sinopda 11, Bartında bir nəfər həyatını itirdi", - nazirliyin açıqlamasında deyilir.

Daha 8 nəfərin xəstəxanalarda müalicə aldığı bildirilir.

xxx

10:30

Türkiyədə sel fəlakəti səbəbindən ölənlərin sayı 70-ə yüksəlib.

Publika.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Kastamonuda 60, Sinopda 9, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 70 insan dünyasını dəyişib. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm