Ərdoğandan ÜÇ TƏLƏB: keçmiş səhvlərini təkrarlamasın...
Bizi izləyin

Region

Ərdoğandan ÜÇ TƏLƏB: keçmiş səhvlərini təkrarlamasın...

Türkiyə müvafiq şərtlər daxilində gələcəkdə də Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyi və istismarı üçün vəzifəsini davam etdirə bilər.

Publika.az Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Ərdoğan Türkiyənin üzərinə götürdüyü bu məsuliyyətin beynəlxalq ictimaiyyət və Əfqanıstan xalqı başda olmaqla, bütün tərəflərin narahatlıqlarının aradan qaldırılmasına töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

Türkiyə dövlət başçısı hələlik “Taliban” tərəfindən verilən təmkinli mesajları təqdir etdiklərini bildirib.

O, qeyd edib ki, “Taliban” keçmiş səhvlərini təkrarlamamalı, bütün etnik qruplara qarşı anlayışla davranmalı və vədlərini yerinə yetirməlidir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm