Region
Putinlə Əsəd arasındakı görüşün DETALLARI AÇIQLANDI
Suriyadakı qeyri-qanuni xarici silahlı qüvvələr ölkənin sabitlik yolu ilə irəliləməsinə imkan vermir.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşdə deyib.
Rusiya lideri bildirib ki, əsas problem xarici silahlı qüvvələrin BMT-nin qərarı olmadan Suriyada yerləşdirilməsidir: “Bu, beynəlxalq hüquqa açıq şəkildə ziddir. Bu qüvvələr sizin tələbiniz olmadan ölkənin müəyyən ərazilərində yerləşib. Bu isə ölkəni yenidən ayağa qaldırmaq üçün maksimum səy göstərmək, bütün ərazinin mümkün olacaq sürətdə qanuni hökumət tərəfindən nəzarət altına alınmasını təmin etmək və bu şəkildə irəliləmək yolunda əngəldir”.
V.Putin Bəşər Əsədlə görüşdə qeyd edib ki, Rusiya və Suriyanın birgə səyləri terrorçulara zərbə vurub, Suriya hökuməti ölkə ərazisinin 90 faizdən çoxuna nəzarət edir.
Rusiya lideri həmçinin Əsədin dialoq qurmaq üçün çox iş gördüyünü bildirib və bu prosesin davam edəcəyinə ümid etdiyini əlavə edib: “Bilirəm ki, bunun üçün çox şey edirsiniz, o cümlədən siyasi rəqiblərinizlə dialoq qurursunuz. Ümid edirəm ki, bu proses davam edəcək”.
Qeyd edək ki, Vladimir Putinlə Bəşər Əsədin görüşü Kremldə baş tutub.
Akqabay
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...