Türkiyədə ağır qəza: ukraynalı turist öldü, yaralanan var
Bizi izləyin

Region

Türkiyədə ağır qəza: ukraynalı turist öldü, yaralanan var

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda yolu keçmək istəyən iki piyadanı avtomobil vurub.

Publika.az xəbər verir ki, qəza Alanyanın Okurcalar ərazisində baş verib.

Məlumata görə, ukraynalı turistlər İqor Pasyanski və Svetlana Luilko hotelə qayıtmaq üçün piyada keçidindən keçərkən yol qəzasına düşüblər.

Turistlərdən biri, 62 yaşlı İqor Pasyanski hadisə yerində ölüb, 55 yaşlı qadın turist Svetlana Luilko isə ağır yaralanıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm