Region
Ermənistandan bəzi müsbət siqnallar alırıq - Hulusi Akar
Bizim gözləntimiz bölgədə sabitliyin bərqərar olmasıdır. Türkiyənin bu təkliflərinə Ermənistandan bəzi müsbət siqnallar olur.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana son səfəri zamanı regionda sabitliyin olmasına diqqət çəkib: “Hazırkı vəziyyətdə hər kəsin masaya oturması, sabitliyin və insanların etimad və rifah içərisində yaşamasının təmin edilməsi vacibdir. Biz Türkiyə dövləti olaraq hər məsələdə olduğu kimi bu məsələdə də son dərəcə konstruktiv, dialoqa açıq və məntiqli həll yollarını ortaya qoyuruq”
H.Akar həmçinin qeyd edib ki, atəşkəsin elan edildiyi ilk gündən etibarən Türkiyə Silahlı Qüvvələrinin əməkdaşları Qarabağda minatəmizləmə fəaliyətinə başlayıb: “Minalar təmizləndikcə azad edilmiş bölgələr daha təhlükəsiz olur, əkinçilik və yaşayış üçün əlverişli hala gəlir”.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər