Region
Ankaradan növbəti SÜLH TƏKLİFİ: hər iki tərəf razı olsa...
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri - Vladimir Putin və Vladimir Zelenski arasında dialoq təşkil edə bilər".
Publika.az xəbər verir ki, bu fikri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
“Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Biz bu iki ölkə arasında heç bir münaqişəni müsbət qarşılamırıq və ya dəstəkləmirik. Gərginliyi azaltmaq üçün qarşımıza qoyulan vəzifəni yerinə yetirməyə çalışırıq.
Bir çox Qərb dövlətlərinin Rusiya ilə konstruktiv birbaşa əlaqələri yoxdur, lakin Türkiyənin bu xüsusi mövqeyi var”, - Ərdoğanın sözçüsü bildirib.
Kalın deyib ki, hər iki tərəf bu təklifə müsbət yanaşarsa, Türkiyə rol oynaya bilər. Onun sözlərinə görə, R.T.Ərdoğn Putinlə Zelenski arasında görüş təşkil etməklə deeskalasiya istiqamətində konstruktiv addım ata bilər:
"Münaqişə olarsa, hamı əziyyət çəkəcək, Ukrayna artıq bu son münaqişələrdən ağır zərbə alıb. Donbassda minlərlə insan əziyyət çəkib, ona görə də biz gərginliyi azaltmaq üçün bütün addımları dəstəkləməyə hazırıq. Əgər Türkiyə bu prosesdə vasitəçi və ya təşəbbüskar rolunu oynayırsa, prezidentimiz də məmnuniyyətlə bu prosesdə rol oynayacaq", - o əlavə edib.
Hüseyn
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR