Region
Ərdoğandan müxalifətin izdihamlı mitinqinə REAKSİYA: heç olmasa onu doldursun...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xalq Cümhuriyyət Partiyasının lideri Kamal Kılıçdaroğliunun iştirakı ilə Mersində keçirilən mitinqə münasibət bildirib.
Publika.az xəbər verir ki, Ərdoğan ölkənin cənub-şərqindəki Siirt şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, onun mitinqinə Xalq Cümhuriyyət Partiyasının mitinqindən daha çox adam gəlib.
"O (Kılıçdaroğlu) Mersində bizim Siirtdəki qədər insan toplaya bilmədi. Bizdən daha geniş bir ərazi ayırmağı xahiş etdi, amma heç olmasa onu doldursun", - Ərdoğan deyib.
Türkiyə lideri vətəndaşları milli iqtisadiyyata inamı qorumağa çağırıb: "Biz gələn ilin birinci yarısında qiymət konyukturasının sabitləşməsinə nail olacağıq və istənilən ədalətsiz qiymət artımına qarşı qətiyyətlə mübarizə aparacağıq".
Bundan əvvəl Türkiyənin əsas müxalifət partiyalarının liderləri Ərdoğanı lirənin məzənnəsinin rekord dərəcədə aşağı düşməsi fonunda erkən seçkilərə çağırıblar. O israrla vurğulayıb ki, Türkiyədə prezident və parlament seçkiləri planlaşdırıldığı kimi 2023-cü ilin iyununda keçiriləcək.
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO