Region
Ərdoğandan SƏRT AÇIQLAMA: "Yunanıstan NATO-ya meydan oxuyub, gücü varsa..."
"Yunanıstan NATO və müttəfiqlərinə meydan oxuyub".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Gününə həsr olunmuş təntənəli konsertdən əvvəl tədbir iştirakçıları qarşısında çıxışında deyib.
O qeyd edib ki, Yunanıstanın təxribat xarakterli hərəkətləri qəbuledilməzdir:
“Həmişə dediyimiz kimi, Yunanıstan nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan bizim bərabər və ya həmsöhbətimiz deyil. Bir əsr əvvəl olduğu kimi, bu gün Yunanıstandan istifadə edərək ölkəmizin vaxtını və enerjisini boş yerə sərf etməyə çalışanların əsl niyyətlərini bilirik. Son hadisələr bu həqiqəti danılmaz bir aydınlıqla hər kəsin qarşısında ortaya qoydu.
Məlum olduğu kimi, Egey dənizində beynəlxalq hava məkanında NATO missiyalarını yerinə yetirən F-16 təyyarələrimiz Yunanıstanın Krit adasında yerləşdirilən Rusiya mənşəli S-300 Hava Raket Sistemləri ilə radara kilidlənib.
Bir ölkə təyyarəsinə radar kilidinin atılması düşmən davranışıdır. Xüsusən də bu təyyarə NATO missiyasını yerinə yetirirsə, deməli, bu düşmənçilik bütün təşkilat üzvlərinə, birbaşa NATO-ya qarşı edilir.
Yunanıstan hava məkanımızı pozmaqla və təyyarələrimizə təcacüzlə başlayan düşmən münasibətini S-300 radarının bağlanması səviyyəsinə yüksəltməklə, əslində bizə deyil, NATO-ya və müttəfiqlərinə meydan oxuyub. O qabiliyyəti və gücü varsa..."
Hüseyn İbadlı
-
İdman10:45
"Qarabağ"da toy var: Futbolçusu Qurban Qurbanovla qohum olur - FOTO
-
Hadisə10:05
Azərbaycanda zəlzələ oldu
-
İdman09:36
Messinin Antonellası yarımçıq qalan arzusundan danışdı: Görün kimlər üçün darıxır - FOTOLAR
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir