Ərdoğandan Yunanıstan açıqlaması: "Düşmənimiz deyil"
Bizi izləyin

Region

Ərdoğandan Yunanıstan açıqlaması: "Düşmənimiz deyil"

"Yunanıstan siyasi, iqtisadi, nə də hərbi baxımdan Türkiyə ilə bərabər deyil".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin Ankarada keçirilən iclasında deyib.

Türkiyə prezidenti bildirib ki, Yunanıstan qardaş ölkənin düşməni deyil:

"Fürsətdən istifadə edərək, son zamanlar ölkəmizə qarşı təzyiq və təkəbbürünü gücləndirən Afinaya bir daha xatırlatmaq istəyirəm - Yunanıstan siyasi, iqtisadi və hərbi münasibətlərdə bizimlə bərabər deyil, ona görə də düşmənimiz deyil".

Dövlət başçısı Balkan ölkələrinə sentyabrın 6-da başlayacaq səfərini də xatırladıb:

“Türkiyə son zamanlar gərginliyin artdığı bu regionda sülhün, əmin-amanlığın, inkişafın və ədalətin təmsilçisi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə davam edir”.

Türkiyə liderinin sözlərinə görə, gələn həftə Özbəkistanda “Şanxay beşliyi”nin toplantısı keçiriləcək.

Ərdoğan vurğulayıb ki, bu görüşdə Türkiyə nümayəndə heyəti rəsmi Ankaranın Orta və Şərqi Asiyada hüquq və maraqlarını inkişaf etdirmək yollarını axtaracaq:

"Hər fürsətdə vurğuladığımız və təkrar etdiyimiz kimi, Türkiyə güclü olmalı və gücünü daim artırmalıdır. Əks halda, ölkəmizi fəlakətlərə sürükləmək istəyənlərə fürsət vermişik, bunun nümunələrini ətrafımızda dəfələrlə görmüşük".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm