İranda əks düşərgə də aksiya keçirdi
Bizi izləyin

Region

İranda əks düşərgə də aksiya keçirdi

İranın paytaxtı Tehran, eləcə də Təbriz, Qəzvin, Zəncan və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilib.

Publika.az xəbər verir ki, aksiya iştirakçıları son günlər ölkədə baş verən iğtişaşları pisləyərək dövləti və onun həyata keçirdiyi siyasəti dəstəkləyiblər.

Aksiyaçılar İran cəmiyyətində qarşıdurma yaratmağa çalışanları, ictimai-siyasi sabitliyi pozanları, dövlət və xüsusi mülkiyyətə zərər vuranların cəzalanmasını tələb ediblər.

Qeyd olunub ki, İran xalqı hər zaman dövlətinin yanındadır və onun siyasi xəttini dəstəkləyir.

Xatırladaq ki, sentyabrın 16-da Tehranda Məsiha Əmini adlı 22 yaşlı qızın baş örtüyünü düzgün örtmədiyinə görə əxlaq polisi tərəfindən öldürüldüyü iddia edilib. Buna görə İranın bir çox şəhərlərində etiraz aksiyaları keçirilib.

Davam edən aksiyalar bir neçə gün sonra öz məcrasından çıxıb.

Yayılan məlumatlara görə, aksiyalarda 50 nəfərdən çox nümayişçi ölüb. Son məlumatlara görə, İranda bir çox sosial şəbəkələrə - "İnstaqram", "WhatsApp", "Skype" və s giriş bloklanıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm