Rusiya ilə Əfqanıstan razılaşdı: yaxın bir neçə həftə ərzində...
Bizi izləyin

Region

Rusiya ilə Əfqanıstan razılaşdı: yaxın bir neçə həftə ərzində...

Rusiya Prezident Aparatının Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov Rusiya ilə Əfqanıstan arasında enerji resursları və buğda daşınması ilə bağlı razılıqların əldə olunduğunu açıqlayıb.

Publika.az-ın məlumatına görə, xüsusi nümayəndə Zamir Kabulov bildirib ki, müqavilələr enerji, yanacaq və buğda daşınmalarını əhatə edir:

"Bundan sonra tərəflər həcmlər üzrə müvafiq müqavilələr imzalayacaqlar.”

"Taliban"ın sözçüsü Zabihullah Mücahid tviter hesabından mövzu ilə bağlı qeyd edib ki, "Taliban" hökumətinin ticarət və sənaye nazirinin müavini Hacı Nurəddin Əzizinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada olub:

"Aparılan danışıqlardan sonra növbəti il ​​üçün neft və buğda kimi zəruri məhsulların alınması üçün müxtəlif müqavilələrin imzalanmasına dair razılıqlar əldə edilib".

Qeyd edək ki, Rusiyadan yaxın bir neçə həftə ərzində göndəriləcək məhsullar Əfqanıstan bazarına çıxarılacaq.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm