Qonşumuz Ukrayna müharibəsindən bunları qazandı: dövriyyə iki dəfə artdı
Bizi izləyin

Region

Qonşumuz Ukrayna müharibəsindən bunları qazandı: dövriyyə iki dəfə artdı

Rusiyanın Ukraynaya hücumları başlayandan Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfə artıb.

Publika.az xəbər verir ki, bununla bağlı rəqəmlər Gürcüstan Milli Statistika İdarəsinin iki ölkə arasındaki ticarət dövriyəsi ilə bağlı məlumatlarında öz əksini tapıb.

Bildirilir ki, bu ilin mart ayında Rusiya ilə ticarət dövriyyəsi 109,013 milyon ABŞ dolları idisə, avqustda 263,129 milyon ABŞ dolları təşkil edib.

Digər aylara gəlincə, məlumatlar belə görünür: aprel - 176 092 milyon ABŞ dolları, may - 205 828 milyon ABŞ dolları, iyun - 197 188 milyon ABŞ dolları, iyul - 251 732 milyon ABŞ dolları.

Statistikaya əsasən, mart-avqust aylarında Gürcüstandan Rusiyaya 316,375 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib, 886,607 milyon ABŞ dolları dəyərində isə idxal olunub.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm