Region
Kiyevə hücumda əli olan İrana cavab zərbəsi hazırlanır
İran Rusiyaya dronlarla yanaşı, yer-yer tipli raketlər də verəcək.
Publika.az xəbər verir ki, bu barədə “Röyters” İrandakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, İran prezidentinin birinci köməkçisi Məhəmməd Mokber SEPAH-ın iki yüksək səviyyəli nümayəndəsi və Təhlükəsizlik Şurasının üzvlərindən biri ilə oktyabrın 6-da Moskvaya səfər edib.
Səfər Rusiyaya silahların verilməsinin müzakirəsi məqsədi daşıyıb. Görüşlər haqda məlumatı olan iranlı diplomatlardan biri agentliyə bildirib ki, Rusiya daha çox dron və daha dəqiq zərbələr endirə bilən ballistik raketlər istəyir.
“Xüsusilə “Fateh” və “Zülfüqar” raket komplekslərini almaq istəyirlər”, - diplomat bildirib.
Qərb ölkələrindən birinin yüksək səviyyəli rəsmisi isə “Röyters”ə məlumat verib ki, Rusiya və İran “Zülfüqar” raketləri ilə yanaşı, qısamənzilli yer-yer tipli raketlərlə bağlı razılıq əldə edib.
Beləliklə, İran Ukrayna müharibəsində Rusiya tərəfdən aktiv iştirakçıya çevrilir. Əsas məqamlardan biri də İran dronlarının kimlər tərəfindən idarə edilməsidir: ruslar, yoxsa iranlıların özləri?!
İran Rusiyaya dron mütəxəssisləri göndərib. Versiyalardan birinə görə, həmin mütəxəssislər Ukraynaya hava hücumlarının təşkilini həyata keçirən heyətdə iştirak edirlər. Bu rəsmi təsdiqini tapmasa da, Qərb ölkələri tərəfindən araşdırılır.
İranın Rusiyaya silah yardımı “nüvə danışıqları”na da ciddi ziyan vura bilər. Hazırda danışıqlar dalana dirənib, lakin Qərb ölkələri bunu canlandırmaq və nəticələr əldə etməkdə maraqlıdırlar. Tehranın Moskvaya silah yardımı, buna paralel olaraq, İran daxilində etirazların qanla yatırılması danışıqları da sual altına sala bilər.
Məlumatlara görə, Rusiyaya silah yardımına görə İrana qarşı yeni sanksiyaların tətbiqi də planlaşdırılır.
Asif
-
Magazin218:50
Məşhur opera müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin118:30
Flora Kərimovaya nə olub?
-
Dünya17:22
Ərdoğan “TOGG”, Japarov isə görün nə hədiyyə etdi - FOTO
-
Sosial16:18
Əli Əsədov yeni qərarlar imzaladı
-
Hadisə15:35
Türkiyədə güclü partlayış: xəbərdarlıq siqnalı verildi - FOTO
-
Enerji14:18
Azərbaycandan Avropaya qaz ixracı artıb: Ən çox hansı ölkələrə satırıq?
-
Dünya13:34
Ekstrasensdən qorxunc proqnoz: Ölümcül müharibə başlayacaq
-
ABŞ12:38
ABŞ-ın bu yaşayış məntəqəsində seçkinin nəticələri açıqlandı: Kim qalib gəlib?