Region
Çavuşoğlu Blinkenlə Qafqazdakı prosesləri müzakirə etdi - YENİLƏNDİ
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-ABŞ Strateji Mexanizminin ikinci Nazirlər Toplantısı çərçivəsində ABŞ paytaxtı Vaşinqtonda bu ölkənin dövlət katibi Entoni Blinken ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdən sonra mətbuata açıqlamalarla çıxış edən rəsmilər söhbət zamanı ABŞ-dən Türkiyəyə F-16 qırıcılarının tədarükü, terrorla mübarizə, NATO çərçivəsində əməkdaşlıq, Ukrayna, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda baş verən proseslərin müzakirə olunduğunu bildiriblər.
Mövlud Çavuşoğlu F-16 qırıcılarının Türkiyəyə tədarükünün NATO və ABŞ üçün də vacib məsələ olduğunu vurğulayıb.
Türkiyənin xarici işlər naziri və ABŞ-ın dövlət katibi Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib.
Mövlud Çavuşoğlu Entoni Blinkeni Türkiyəyə səfər etməyə dəvət edib.
xxx
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə Qafqazdakı prosesləri müzakirə edəcək.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı görüşdən öncə mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüşdə başda PKK terror təşkilatı olmaqla terrorla mübarizə, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda baş verən proseslər müzakirə olunacaq.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO