Region
Türk siyasətçidən şok iddia: Zəlzələni onlar törədib! - VİDEO
14:45
Ankaranın keçmiş meri Melih Gökçek Türkiyədə baş verən dağıdıcı zəlzələnin “ABŞ və İsrailin işi” olduğu versiyasını irəli sürüb.
Publika.az xəbər verir ki, siyasətçi İstanbulda da zəlzələ ola biləcəyini qeyd edib:
“Mən bunu əminliklə deyirəm. İstanbulda zəlzələ ola bilər, xüsusən də bəzi ölkələrin araşdırmaları var, zəlzələ üçün onların vasitələri var, onları “Tesla” adlandırırlar”.
Melih Gökçek bildirib: “Türkiyə çevrilişə cəhddən sağ çıxdı. Türkiyə artıq çevrilişlə məhv edilə bilməz. Onların yeni üsulları var. Bu, beynəlxalq güclərin oyunudur. Mərmərədə xarici seysmik tədqiqat gəmisi, Amerika və İsrail gəmiləri açıq şəkildə gəzməməlidir. Qırılma xəttində yığılan enerjinin aktivləşdirilməsi, qazların mümkün yığılması... Zəlzələ baş verə bilər. Bunun ən bariz nümunəsi Gölcük zəlzələsidir”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə yol açıb.
Akqabay
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































