Region
Türkiyə bu tibb bacılarından danışır: Zəlzələdə körpələri belə xilas etdilər - VİDEO
Kahramanmaraşda baş verən və təsirini 10 vilayətdə hiss etdirən zəlzələ zamanı Qaziantepdəki İnayet Topçuoğlu Xəstəxanasının təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüntülərdə xəstəxanada işləyən tibb bacısı Şeyma Alakuşun titrəmə zamanı qaçmaq əvəzinə, az qala həyatını heçə sayaraq xəstələri xilas etmək üçün palatalara qaçdığı əks olunub.
Xəstəxana dəhlizlərində uşaqları da daxil olmaqla xəstələrini xilas etmək üçün var gücü ilə çalışan tibb bacısı bəzi xəstələri çıxardıqdan sonra digərlərini də xilas etmək üçün yenidən binaya geri dönüb. Həmin anlar xəstəxananın təhlükəsizlik kamerasına düşüb.
İnayet Topçuoğlu Xəstəxanasının yenidoğulmuşlar üçün reanimasiya şöbəsində çalışan tibb bacıları da fədakarlıqları ilə gündəmə gəliblər. Onlar həyatlarını təhlükəyə ataraq vaxtından əvvəl doğulmuş və xəstə körpələrin yerləşdiyi otağa qaçıblar.
Fədakar tibb bacıları körpələrin yerləşdirildiyi qurğunu tutaraq titrəyərək aşmasının qarşısını alıblar. Şiddətli sarsıntıya baxmayaraq, onlar əllərini cihazdan çəkməyiblər.
Akqabay
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

















.png)
.jpg)


















