Region
Azərbaycanlı xilasedicilərin daha bir qəhrəmanlığı: 198 saatdan sonra... - Video
11:27
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaşın xilas edilməsi ilə bağlı açıqlama yayıb.
Publika.az-a daxil olan məlumatda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək".
xxx
10:37
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatların zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.
Publika.az "Report"a istinadla xəbər verir ki, Azərbaycanın xilasediciləri gənc Muhammed Enesi və orta yaşlı Abdulbaki adlı şəxsi uçurumların atından xilas edərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

















.png)
.jpg)


















