Krım körpüsü bağlandı
Bizi izləyin

Region

Krım körpüsü bağlandı

Ölümlə nəticələnən qəza səbəbindən Krım körpüsündə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə "TASS" informasiya agentliyi məlumat yayıb.

Agentlik tərəfindən bildirilir ki, Kerç istiqamətində körpüdə üç avtomobil toqquşub. Nəticədə 3 nəfər ölüb, daha biri yaralanıb. Hələlik qəzanın başqa təfərrüatları yoxdur.

Qeyd edək ki, sonuncu dəfə fövqəladə vəziyyətlə əlaqədar Krım körpüsündə hərəkət 2022-ci il oktyabrın 8-də orada yük maşınının partlaması nəticəsində tamamilə dayandırılmışdı. Hadisə nəticəsində dəmiryol qatarının 7 yanacaq çəni yanıb, iki vaqonun arakəsi dağılıb.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm