Zəlzələdə itkin düşən 3 yaşlı uşaq 40 gün sonra tapıldı - FOTO
Bizi izləyin

Region

Zəlzələdə itkin düşən 3 yaşlı uşaq 40 gün sonra tapıldı - FOTO

Türkiyənin Hatay vilayətində baş verən zəlzələdən sonra itkin düşən azyaşlı uşaq İstanbulda sağ-salamat tapılıb.

Publika.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, üç yaşlı uşağın harada olduğu hadisədən 40 gün sonra məlum olub. Bütün bu müddət ərzində uşaq itkin düşənlər siyahısında idi, ailə onu axtarırdı.

Uşaq möcüzə nəticəsində sağ qalıb, xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları və onun səhhətinin vəziyyəti ilə bağlı məlumat verilmir.

Xatırladaq ki, son məlumatlara görə, Türkiyədə fevral ayında baş verən dağıdıcı zəlzələlər nəticəsində 49 589 nəfər həlak olub. Ölkənin vitse-prezidenti Fuat Oktay təbii fəlakətin qurbanları arasında 6807 xarici vətəndaşın olduğunu bildirib.

Türkiyədə zəlzələlərin ümumi zərərinin 105 milyard dolları keçdiyi də bildirilib. Bu, 2023-cü ildə ölkənin proqnozlaşdırılan ÜDM-nin 9%-nə uyğundur.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm