"Ora gedəndə kəməri bağlamadım ki, nəsə olsa..." - Putin sirləri açdı
Bizi izləyin

Region

"Ora gedəndə kəməri bağlamadım ki, nəsə olsa..." - Putin sirləri açdı

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Mariupol şəhərinə səfəri zamanı şəxsi təhlükəsizliyi üçün gördüyü tədbiri açıqlayıb.

Publika.az xəbər verir ki, Putin “Rusiya-1” telekanalına müsahibəsində bildirib ki, avtomobildə hərəkət edən zaman təhlükəsizlik kəmərini taxmayıb.

Rusiya prezidenti bunu ehtimal edilən təhlükə ilə əlaqələndirib: “Mariupol küçələrində avtomobilimi idarə edərkən bilərəkdən təhlükəsizlik kəmərini taxmamışdım. Çünki belə şəraitdə kəməri taxmamaq daha yaxşıdır. Bu avtomobili tez tərk etmək üçün lazımdır”.

Qeyd edək ki, martın 19-da V.Putin Mariupola səfər edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm