Peskov: Qərbin reaksiyası Rusiyanın bu planını dəyişməyəcək
Bizi izləyin

Region

Peskov: Qərbin reaksiyası Rusiyanın bu planını dəyişməyəcək

"Qərbin reaksiyası Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına təsir etməyəcək".

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Qərbin belə reaksiyası, şübhəsiz ki, Rusiyanın planlarına təsir edə bilməz”, - Kreml sözçüsü bildirib.

Bundan əvvəl Putin bildirib ki, Rusiya Federasiyası Belarus tərəfinin tələbi ilə taktiki nüvə silahlarını Belarusda yerləşdirəcək. Onun sözlərinə görə, Moskva artıq nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” kompleksini Minskə təhvil verib, iyulun 1-də respublika ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisi başa çatır.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm