Türkiyədə genişmiqyaslı əməliyyat: 132 nəfər HƏBS EDİLDİ
Bizi izləyin

Region

Türkiyədə genişmiqyaslı əməliyyat: 132 nəfər HƏBS EDİLDİ

İstanbulda polis valyuta bazarına investisiyalarla dələduzluq etməkdə şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Bu barədə Publika.az "Hurriyet"e istinadla xəbər verir .

Əməliyyat nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları 132 nəfəri saxlayıb, onların barəsində araşdırmalar aparılır.

İstintaq zamanı məlum olub ki, şübhəlilər Kapital Bazarı Qurumunda (SPK) qeydiyyatdan keçməyən qeyri-qanuni şirkətlər yaradıblar. Onlar sərmayə qoymağı təklif edərək müştəriləri şirnikləndiriblər və sonda investisiyaların uğursuz olduğunu iddia edərək pullarını mənimsəyiblər.

Bundan sonra 160-dan çox ayrı-ayrı şirkət oğurlanmış pulların “izini itirməyə” kömək edib. Vəsaitlər Britaniya və Monteneqroya çıxarılıb.

Təxmini hesablamalara görə, fırıldaqçılar bununla 520 milyon dollara yaxın gəlir əldə ediblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm