Türkiyə təyyarənin İrəvana uçmasına imkan vermədi
Bizi izləyin

Region

Türkiyə təyyarənin İrəvana uçmasına imkan vermədi

Türkiyə Ermənistanın “Flyone Armenia” aviaşirkətinin təyyarəsini öz hava məkanına buraxmayıb. Bu səbəbdən də İrəvandan Parisə uçan təyyarə Moldova paytaxtına eniş etməli olub.

Publika.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Erməni tərəfi Türkiyəni hava məkanını bağlamaqda ittiham etsə də, bunun həqiqətə uyğun olmadığı bildirilib.

Belə ki, Ankaradakı aviasiya sahəsindəki mənbəyə istinadən yayılan məlumata görə, ehtimal ki, Türkiyə öz hava məkanından istifadə ilə bağlı müvafiq müraciət almayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm