Keçmiş sədrə işgəncə verdilər - Vəkil Paşinyana müraciət etdi
Bizi izləyin

Region

Keçmiş sədrə işgəncə verdilər - Vəkil Paşinyana müraciət etdi

Artıq 10 gündən çoxdur ki, Ermənistan İstintaq Komitəsi həbs olunan Arman Mkrtumyanın vəkillərinin səlahiyyətlərini təsdiq etmir, onu müdafiə hüququndan məhrum edir.

Publika.az xəbər verir ki, bu barədə vəkil Levon Baqdasaryan öz Facebook səhifəsində yazıb.

“Arman Mkrtumyana işgəncə verilib. Baş nazirə müraciət edirəm ki, günahkarları ciddi şəkildə cəzalandırmaq üçün dərhal göstəriş versin. Baş prokurora müraciət edirəm və dərhal cinayət işinin açılmasını xahiş edirəm. Ombudsmana müraciət edirəm və təcili olaraq Mkrtumyana baş çəkməyi tələb edirəm”, - deyə vəkil yazıb.

Qeyd edək ki, Arman Mkrtumyan Ermənistanın Kassassiya məhkəməsinin keçmiş sədri olub. O, 2018-ci ildə rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm